Sibel Canın 8 il çəkən məhkəməsi başa çatdı

Türkiyəli məşhur müğənni Sibel Canın 8 il çəkən məhkəməsi başa çatıb.

Metbuat.az xəbər verir ki, Sibel Can 2009-cu ildə çıxartdığı "Benim meleğim adım Aşk" adlı albomundakı "Orta şekerli kahve" adlı mahnısına görə məhkəmə çəkişməsi yaşayırdı.

Mahnını şair Faruk Cəvizdən aldığını iddia edən "On prodakşın" Sibel Cana və Faruk Cəvizə 50 min lirəlik təzminat üçün məhkəməyə müraciət etmişdi. 8 il çəkən məhkəmədən sonra qərar Sibel Canın xeyrinə olub.

Dilarə Zamanova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR