Natiq Əliyevlə vida mərasimi keçirilir

Natiq Əliyevlə vida mərasimi keçirilir
11:52 10 İyun 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 iyun.REPORT.AZ/ Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Azərbaycan energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, dövlət və hökumət rəsmiləri, mərhumun yaxınları iştirak edir.
Vəda mərasiminin ardından mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.
Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsilumun nəticəsində N.Əliyevin müalicəsinin Türkiyədəki xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir iyunun 4-dən 5-nə keçən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb.
O, İstanbulun “Florence Nightingale” xəstəxanasında vəfat edib.

















Xəbərin orijinal ünvanı: https://report.az/hadise/natiq-eliyevle-vida-merasimi-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR