DİN: Mingəçevirdəki qətldə istifadə olunan “AKM” markalı silah və bıçaq evin yaxınlığında aşkarlanıb

DİN: Mingəçevirdəki qətldə istifadə olunan “AKM” markalı silah və bıçaq evin yaxınlığında aşkarlanıb
11:57 10 İyun 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Mingəçevir şəhərində baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb.
"Report"un DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 9-da Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Lazım Hüseynov Mingəçevir Şəhər Polis Şöbəsinə (ŞPŞ) gələrək evində ailə münaqişəsi zəminində arvadı Aynurə Hüseynovanı odlu silahdan açdığı atəşlə, oğlu 9 yaşlı Hüseyni və qızı 5 yaşlı Mədinəxanımı isə bıçaqla qətlə yetirdiyini bildirib və istintaqa təslim olub.
Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən hadisə baş verən evin yaxınlığından qətlin törədilməsində istifadə edilən “AKM” markalı silah və bıçaq aşkar edilərək götürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevirdeki-qetlde-istifade-olunan-akm-markali-silah-ve-bicaq-evin-yaxinliginda-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR