Bakıda 4 nəfərin üstündən keçən avtomobilin FOTOları

Bakıda 4 nəfərin üstündən keçən avtomobilin FOTOları
12:05 10 İyun 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

İyunun 8-də Bakıda avtobus dayanacağında 4 sərnişini vuran avtomobilin fotoları yayılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, səhər saatlarında Heydər Əliyev prospektinin Suraxanıdan keçən hissəsində sürətlə avtobus dayanacağına toplaşmış insanlara çırpılan "Nissan Gashgai" markalı 99 CH 185 dövlət nömrə nişanlı avtomobilin vəziyyəti qəzanın nə qədər dəhşətli olduğunu göstərir.

Bu arada qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən, 1978-ci il təvəllüdlü Tahirə Mahruzova orada ölüb. Qəzada yaralanan fotoqraf Azər Həmzəyev isə koma vəziyyətindədir. Yaxınları ona təcili olaraq müsbət 4 resurslu qan köçürülməli olduğunu bildiriblər və yardım istəyiblər. Qəzada yaralanan digər 2 nəfərin də vəziyyəti ağır qiymətləndirilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/553041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR