DİN Mingəçevirdə törədilən qətllə bağlı məlumat yayıb

DİN Mingəçevirdə törədilən qətllə bağlı məlumat yayıb
12:15 10 İyun 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) DİN Mingəçevir şəhərində törədilən ağır qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Münaqişəsi zəminində arvadını və iki azyaşlı uşağını qətlə yetirmiş Mingəçevir şəhər sakini Lazım Hüseynov ŞPŞ-yə gələrək istintaqa təslim olub.

İyunun 9-da Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Lazım Hüseynov ŞPŞ-yə gələrək evində ailə münaqişəsi zəminində arvadı Aynurə Hüseynovanı odlu silahdan açdığı atəşlə, oğlu 9 yaşlı Hüseyni və qızı 5 yaşlı Mədinəxanımı isə bıçaqla qətlə yetirdiyini bildirib və istintaqa təslim olub.

ŞPŞ-nin əməkdaşları tərəfindən hadisə baş verən evin yaxınlığından qətlin törədilməsində istifadə edilən “AKM” markalı silah və bıçaq aşkar edilərək götürülüb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2765121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR