Arvadını və iki uşağını qətlə yetirən şəxslə bağlı

Daxili İşlər Nazirliyi (DİN) DİN Mingəçevir şəhərində törədilən ağır qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Münaqişə zəminində arvadını və iki azyaşlı uşağını qətlə yetirmiş Mingəçevir şəhər sakini Lazım Hüseynov ŞPŞ-yə gələrək istintaqa təslim olub.

İyunun 9-da Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Lazım Hüseynov ŞPŞ-yə gələrək evində ailə münaqişəsi zəminində arvadı Aynurə Hüseynovanı odlu silahdan açdığı atəşlə, oğlu 9 yaşlı Hüseyni və qızı 5 yaşlı Mədinəxanımı isə bıçaqla qətlə yetirdiyini bildirib və istintaqa təslim olub.

ŞPŞ-nin əməkdaşları tərəfindən hadisə baş verən evin yaxınlığından qətlin törədilməsində istifadə edilən “AKM” markalı silah və bıçaq aşkar edilərək götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR