"Onun evində çörək kəsmişdim" - Oksana İslam haqda

"Onun evində çörək kəsmişdim" - Oksana İslam haqda
12:17 10 İyun 2017
108 Şou
Ölkə mətbuatı
A- A+

"Maşın" realiti-şousunun növbəti buraxılışı da qalamqalsız ötüşməyib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor İslam Mehrəliyevin rəqqasəni şoudan uzaqlaşdırmaq istəməsinə Oksana Rəsulova pis olub. Göz yaşlarını saxlaya bilməyən Oksana dost bildiyi İslamın onu arxadan vurduğunu deyib. 

Oksana ötən gün yetərincə səs toplayaraq rejissor Aqil M.Quliyevi oyundan kənarlaşdırıb. 

Rəqqasə bu qədər səs toplayacağına inanmadığını söyləyib. Şoudan sonra Oksana açıqlama verərək İslamın ona etdikləri haqda bunları deyib:

"Mənim gözəl xalqım, çox sağ olun. Qadınlarımız, bəylərimiz səs göndərdi ki, bu şouda qalım, rəqabətimi aparım. Bir az yox, çox heyfisləndim. Hər kəsdən gözləyərdim, ondan gözləməzdim. Mənə bir rəfiqəm demişdi ki, o insandan hər şey gözlə. Cavab verdim ki, yox, nə danışırsınız... Onunla bir filmdə çəkilib, evində olub çörək kəsmişəm. Uşağı doğulanda yanınada olub, birlikdə qeyd etmişəm. Həyatdır, hər şey ola bilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/553030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR