Azərbaycan əhalisi nağd dollar satışını artırıb

Azərbaycan əhalisi nağd dollar satışını artırıb
12:27 10 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin aprel ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhalidən 74 973,1 min ABŞ dollarının xalis alışı həyata keçirilib.
"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, martda əhaliyə satış üstünlük təşkil etdiyi halda, aprel ayında dollar alışı göstəricisi satış əməliyyatlarını üstələyib.
Cari ilin aprel ayında banklar tərəfindən əhalidən nağd dollar alışı 140 540,2 min dollar, satışı 65 567,1 min dollar olub. Mart ayında isə bu göstərici müvafiq olaraq 91 887,4 min dollar və 109 682,9 min dollar təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/nagd-dollar-satisini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR