İshal zamanı dərman əvəzinə istifadə edin

Yaz və yay aylarında ishal halları artır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, ishalın qarşısını almaq üçün bu qidalardan istifadə edə bilərsiniz:

Sümük suyu şorbası

Sümük suyu şorbası həzm sistemini normallaşdırır, ishala yaxşıdır.

Probiotik qatıq

Araşdırmaya görə, probiotik qidalar ishalı kəsəcək bakteriyalarla zəngindir.

Banan

Yüksək miqdarda kaliumla zəngin olan banan təsirli bir ishal kəsicidir.

Yerkökü suyu

Lif, maqnezium, kalium, kalsium, A, C, D, E və K vitamini baxımından zəngin olan yerkökü suyu ishalın müalicəsində təsirlidir. Həmçinin, ishalla bağlı maye itkisinin qarşısını alır.

Kətan toxumu

Kətan toxumu omeqa-3 yağ turşuları ilə zəngin olduğu üçün həm ishala, həm də qəbzliyə faydalıdır.

Zəncəfil

Zəncəfil ishalın qarşısını almaqda olduqca təsirlidir.

Su

İshalın səbəb olduğu maye itkisinin qarşısını almaq üçün vacibdir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR