Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə edilir

Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə edilir
11:47 8 Yanvar 2015
157 Sosial
Ölkə mətbuatı
A- A+

"Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə edilir"
Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib.

Onun sözlərinə görə, Bakıya qar yağmasına baxmayaraq, yollarda nəqliyyatın hərəkətində ciddi problem qeydə alınmayıb. Sadəcə, bəzi küçə və prospektlərdə nəqliyyatın sıxlığı müşahidə edilir: “Bu dəqiqələrdə paytaxın Həsən Əliyev küçəsində “ASAN xidmət” mərkəzi istiqamətində, Neftçilər prospektində həm Azneft dairəsinə doğru, həm də əks istiqamətdə, aparılan təmirlə əlaqədar Badamdar şossesində, Təbriz küçəsində və Şeyx Şamil küçəsində metronun “İçərişəhər” stansiyası istiqamətində nəqliyyatın sıxlığı müşahidə edilir. Qalan bütün yollarda vəziyyət normaldır, nəqliyyat vasitələri sərbəst hərəkət edirlər”.

Qeyd edək ki, Mərkəz Bakı şəhərində qarlı, şaxtalı hava şəraiti ilə bağlı sürücülərə nəqliyyat vasitələrinin hərəkəti üçün çətinlik yarada biləcək bəzi enişli-yoxuşlu küçə, prospekt və körpülərdən mümkün qədər az istifadə etmələrini tövsiyə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR