Bosniya və Herseqovina - Yunanıstan oyunundan sonra dava - VİDEO

Bosniya və Herseqovina - Yunanıstan oyunundan sonra dava - VİDEO
13:17 10 İyun 2017
39 İdman
Ölkə mətbuatı
A- A+

Bosniya və Herseqovina  - Yunanıstan yığmaları arasında keçirilmiş futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçı kütləvi dava ilə yekunlaşıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Zenitsa şəhərindəki "Bilino polye" stadionunda keçirilmiş qarşılaşmadan dərhal sonra İtaliya "Roma"sında çıxış edən 2 oyunçu - meydan sahiblərinin hücumçusu Edin Ceko və yunanıstanlı müdafiəçi Kostas Manolas arasında mübahisə düşüb. İnsidentə digər futbolçular və komandaların texniki heyəti də qarışıb. Nəticədə Bosniya və Herseqovina yığmasının məşqçisi Stefan Cilli yunanıstanlı yarımmüdafiəçi Yannis Yannotasın dişini qırıb. Oyundan əvvəl isə yerli azarkeşlər Yunanıstan himnini fitə basıblar.

Qeyd edək ki, qarşılaşma qolsuz tamamlanıb - 0:0. "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasının iştirak ərizəsində yer alsa da, sonadək ehtiyatda qalıb. H qrupunda 6 turdan sonra Yunanıstan 12 xalla 2-ci, Bosniya və Herseqovina 11 xalla 3-cü pillədə qərarlaşıb. Qrupa 16 xalla Belçika başçılıq edir.  

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bosniya və Herseqovina - Yunanıstan oyunundan sonra dava

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/553049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR