Ata özünü və yaş yarımlıq oğlunu öldürdü

Türkiyənin Əskişəhər ərazisində dəhşətli hadisə baş verib.

Metbuat.az xəbər verir ki, ata tapança ilə əvvəlcə yaş yarımlıq oğlunu öldürüb. Daha sonra isə özü intihar edib.

Hadisənin səbəbi atanın intihardan əvvəl yazdığı məktub vasitəsi ilə öyrənilib. Məktubda, "Məni oğlumla bir məzarda dəfn edin. Onu heç kimə əmanət edə bilməzdim" sözləri yazılıb.

İddialara görə, ata oğlunu öldürəndən sonra keçmiş arvadına zəng vuraraq, "Oğlumu öldürdüm, indi də özümü öldürəcəm" deyib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Sərdar Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR