Makron Ərdoğana təşəkkür edəcək

Fransa prezidenti Emanuel Makron Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edəcəyini bildirib.

Metbuat.az xəbər verir ki, Makron PKK-nı təbliğ etməkdə ittiham olunan,1 aylıq həbsdən sonra Fransaya deportasiya edilən fransalı jurnalist Matias Depardonla telefon əlaqəsi saxlayıb. Fransa prezidenti Depardona görə Ərdoğana minnətdarlığını bildirəcəyini deyib.

“Nə lazım idisə, onu da elədik. Matias Depardonun Fransa torpaqlarında olmasına, onun səsini eşitdiyimə şadam. Depardon jurnalist fəaliyyətinə davam edəcək. Cənab Ərdoğan da lazım olanı elədi, sabah ona zəng edib təşəkkürümü bildirəcəm”.

Qeyd edək ki, 5 il əvvəl Türkiyəyə gələn fransalı jurnalist Matias Depardon Türkiyədə PKK-nın fəaliyyətini sosial şəbəkələrdə təbliğ etməkdə ittiham olunurdu.

1ay öncə “National Geographic” telekanalının tapşırığı ilə Batman əyalətinin Hasankeyf rayonuna çəkilişə yollanan Depardon tərcüməçisi ilə birlikdə yerli polis əməkdaşları tərəfindən saxlanılmışdı.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR