Borcunuzu MilliÖN vasitəsilə ödəyə bilərsiniz

Ləğv prosesində olan banklara kredit öhdəliyi olan müştərilər ödənişlərini onlara yaxın ərazidə yerləşən "MilliÖN" Ödəmə Sistemi vasitəsilə həyata keçirə bilərlər.

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan verilən məlumatda deyilir.

"MilliÖN" terminalının menyusunda olan "Bank xidmətləri" səhifəsindən "ADİF" seçilərək krediti ödəniləcək şəxsin şəxsiyyət vəsiqəsində olan "PİN" kod daxil edilir. Müştərinin krediti olduğu ləğv prosesində olan bankların siyahısı əks etdirilir və ödəniş aparılacaq bankın adı seçilir. Bankda müştərinin bütün kreditləri siyahıda əks etdirilir və müştəri ödəniş etmək istədiyi krediti seçir. Ödəniş ediləcək məbləğ terminala daxil edilərək "irəli" düyməsi seçilir və qəbz terminaldan götürülür.//azərtac


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR