Azərbaycanda bankların müştəri bazası ilin əvvəlindən 5% artıb

Azərbaycanda bankların müştəri bazası ilin əvvəlindən 5% artıb
14:07 10 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 74 339 nəfər və ya 1,34% artaraq cari il mayın 1-nə 5 630 404 nəfər təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.
Müştərilərin 5 554 626 nəfəri fiziki, 75 778 nəfəri hüquq şəxslərdir. Aylıq müqayisədə fiziki şəxslərin sayında 72 250 nəfər və ya 1,32%, hüquqi şəxslərdə isə 2 089 nəfər və ya 2,84% artım qeydə alınıb. Bu müddətdə sahibkarlıqla məşğul olan fərdi müştərilərin sayında da artım olub. Belə ki, bu kateqoriyadan olan bank müştərilərinin sayı 6 318 nəfər və yaxud 3,26% artaraq 200 435 nəfərə çatıb.
Hesabata əsasən, bankların müştəri bazasında ilin əvvəli ilə müqayisədə isə 277 948 nəfər və ya 5,19%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 90 347 nəfər və ya 1,63% artım baş verib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-banklarin-musteri-bazasi-ilin-evvelinden-5-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR