Hülya Avşarın keçmiş əri

Türkiyəli aktrisa Hülya Avşarın keçmiş həyat yoldaşı Kaya Çilingiroğlu pulsuzluqdan əziyyət çəkir.

Metbuat.az xəbər verir ki, Kaya Çilingiroğlu gecə həyatında artıq əvvəlki kimi çox görünməməsinin sirrini açıqlayıb:

"Gecə həyatıma artıq 15 ildir ki, son qoymuşam. Axşam 10-da yatıram. Bir də, gecə həyatı dəhşət bahadır. Onu qarşılayacaq maddi gücüm yoxdur. Küçəyə çıxa bilmirəm. Çox pul gedəcək deyə...".

Qeyd edək ki, Kaya Çilingiroğlunun Hülya Avşarla olan evliliyindən Zəhra Çilingiroğlu adlı bir qızı var.

Dilarə Zamanova


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR