Təzə lobyadan hazırlanan yemək

Təzə lobyanın mövsümü gəlib. İftara lobyadan dadlı yemək hazırlaya bilərsiniz.

Metbuat.az təzə lobyadan saxsı qabda hazırlayacağınız ləzzətli yeməyin hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

1 kq təzə lobya

300 qr xırda doğranmış ət

2 ədəd soğan

1ədəd kartof

2 ədəd acı bibər

3 ədəd pomidor

4-5 diş sarımsaq

2 yemək qaşığı tomat

Cəfəri, təzə soğan

2 yemək qaşığı maye yağ

Duz, istiot, adi cirə, pul bibər

Hazırlanması:

Lobyanı yuyub doğrayın. Sonra bir ədəd soğanı kub şəklində doğrayıb saxsı qabın altına düzün. Üzərinə doğradığınız lobyaları yayın. Ardından kub formasında doğranmış əti, soğanı, acı bibər, kartofu, təzə soğanı, cəfərini və ən üstdən sarımsaqları əlavə edin. Maye yağ töküb tomat əlavə edin və məhsulların üstünü keçəcək şəkildə isti su tökün, ədviyyatları əlavə edib qarışdırın. Sonra digər inqrediyentlərin üstünə tökün. Saxsı qabı alminium folqa ilə bağlayıb 10 dəqiqə yüksək odda bişirin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR