Bakıda dörd nəfərin üstündən keçən avtomobilin görüntüləri yayıldı

İyunun 8-də Bakıda avtobus dayanacağındakı dörd sərnişini vuran avtomobilin fotoları yayılıb.

Metbuat.az bildirir ki, səhər saatlarında Heydər Əliyev prospektinin Suraxanıdan keçən hissəsində sürətlə avtobus dayanacağına toplaşmış insanlara çırpılan “Nissan Qashgai” markalı 99 CH 185 dövlət nömrə nişanlı avtomobilin vəziyyəti qəzanın nə qədər dəhşətli olduğunu göstərir.

Bu arada, qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən, 1978-ci il təvəllüdlü Tahirə Mahruzova orada ölüb. Qəzada yaralanan fotoqraf Azər Həmzəyev isə koma vəziyyətindədir. Yaxınları ona təcili olaraq müsbət 4 resurslu qan köçürülməli olduğunu bildiriblər və yardım istəyiblər. Qəzada yaralanan digər 2 nəfərin də vəziyyəti ağır qiymətləndirilir. // Lent.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR