Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün idman dərsi təşkil olunub

Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün idman dərsi təşkil olunub
15:02 10 İyun 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 iyun. REPORT.AZ/ Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün idman dərsi təşkil olunub.
"Report" xəbər verir ki, bir saatdan artıq davam edən dərsdə uşaqlar müxtəlif idman hərəkətləri edib, musiqi sədaları altında əyləncəli vaxt keçiriblər.
Dərsi idman ustası, 5 qat respublika çempionu, Avropanın vitse-çempionu, bədii gimnastika, "Tonus" klubunun müalicəvi bədən tərbiyəsi və streçinq üzrə məşqçisi Aelita Xələfova keçib.
Uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlar arasında idmana maraq və sevgini artırmaq məqsədi daşıyan dərs ödənişsiz və giriş sərbəst olub.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin parkı şəhər sakinləri və qonaqların dincəldiyi, asudə vaxtlarını keçirdiyi ən sevimli məkanlardandır. Parkda, həmçinin mütəmadi olaraq müxtəlif proqramlar - idman dərsləri, yoqa sessiyaları, konsert və s. proqramlar da təşkil edilir.
Bu axşam 20:30-da isə Mərkəzin parkında dj Kənan və tarzən Azər Abbasovun iştirakı ilə açıq hava konserti olacaq. Konsertə giriş sərbəstdir.





Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/heyder-eliyev-merkezinin-parkinda-usaqlar-ucun-idman-dersi-teskil-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR