Sumqayıtda kütləvi zəhərlənmə: 60-dan çox uşaq xəstəxanaya yerləşdirilib

Sumqayıtda kütləvi zəhərlənmə: 60-dan çox uşaq xəstəxanaya yerləşdirilib
15:02 10 İyun 2017
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt. 10 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.
"Report"un Sumqayıt bürosunun verdiyi məlumata görə, ötən gündən başlayaraq şəhərin H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 60-dan çox uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. 
Xəstaxanadan "Report"un yerli bürosuna bildirilib ki, əsasən qusma, halsızlıq, ishal və kəskin baş ağrıları səbəbindən xəstəxanaya kütləvi müraciət daxil olub: "Xəstəxanaya müraciət edən uşaqların bir qisminə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda 40-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə olunur. Zəhərlənən uşaqlar əsasən 2-7 yaş arasındadır. Zəhərlənmənin dəqiq səbəbləri hələlik məlum deyil. Lakin uşaqlardan götürülən analizlərin nümunələri laboratoriyaya göndərlib. Uşaqlar arasında kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq". 
Qeyd edək ki, Səhiyyə Nazirliyinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları xəstəxanada olub.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayitda-kutlevi-zeherlenme-60-dan-cox-usaq-xestexanaya-yerlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR