“Onun arvadı məndə olsaydı, gecələr...” – Prezidentlə ŞOK DİALOQ

“Onun arvadı məndə olsaydı, gecələr...” – Prezidentlə ŞOK DİALOQ
15:08 10 İyun 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Braziliyanın əfsanəvi futbulçusu Ronaldo İspaniyanın “Real” futbol komandasının prezidenti Fiorentina Pereslə olan dialoqdan danışıb.

Publika.az xəbər verir ki, “El Hormiguero” nəşrinə müsahibə verən keçmiş futbolçu Madrid klubunda oynadığı vaxtlarda keçirdiyi gecə həyatının klub rəhbərliyi tərəfindən çox tənqid olunduğunu deyib.

Ronaldonun sözlərinə görə, Peres “Fiqo həmişə evində, həyat yoldaşının yanındadır. Sən həmişə çöldəsən” deyərək onu tənbeh edib.

“Fiqonun həyat yoldaşını görmürsənmi? O, mənim həyat yoldaşım olsaydı, mən də partilərdə gəzməzdim, həmişə evimdə oturardım”, - Ronaldo Peresə cavab verib.

Braziliyalı futbolçu Peresin bu dialoqu sonradan Fiqoya danışıdığını deyib: “Bunu biləndə çox təəccübləndim. Mənim gecə partilərim insanların dilində dolaşırdı. Bu partilərin nə qədər mükəmməl olduğunu bilmirdilər. Mənim partilərim çox yaxşı idi. Bəzən qollarımdan belə yaxşı idi”.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/202083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR