Çiyələk yarpağının bu faydasına inanmayacaqsınız

Çiyələk faydaları saymaqla bitməyən meyvədir. Qanı təmizləyir, bədəndən zərərli maddələri uzaqlaşdırır. Diş ətini gücləndirir, ağız qoxusunun qarşısını alır.

Çiyələyin meyvəsi ilə yanaşı yarpağı da faydalıdır. Bağırsaq iltihabı, bağırsaq qurdları, qəbzlik zamanı istifadə olunur. Yaxşı sidikqovucudur. Bədəndən şişin atılmasına yardımçı olur. Yüksək təzyiqi əngəlləyir.
Möcüzəvi çiyələk yarpağından faydalı formulu hazırlamaq üçün 300 qram çiyələk yarpağı və kökü bir gecə isladılıb səhəri gün bir litr suda 20 dəqiqə qaynadılıb çay kimi içilir. Əgər yaşıl çiyələk yarpağı istifadə edəcəksinizsə, yarpaqları yaxşıca yuyun və bir stəkan qaynar suya 3 yarpaq atıb 5 dəqiqə dəmləyin. İçərisinə bir qaşıq bal və ya bir ədəd çubuq darçın əlavə edə bilərsiniz. Çiyələk yarpağı damar sərtliyi, qarında su toplanması, yüksək təzyiq, böyrək xəstəlikləri zamanı olduqca faydalıdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR