Göyçayda avtomobil aşdı - Ölənlər var

Göyçayda avtomobil aşdı - Ölənlər var
15:22 10 İyun 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda ağır avtomobil qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 13:30 radələrində Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində qeydə alınıb.
 
"Mersedes" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində iki nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
 
Göyçay rayonu Ərəbşahverdi kənd sakini, 1990-cı il təvəllüdlü Rüstəmov Elman Şükür oğlu hadisə yerində, 1980-ci il təvəllüdlü Şıxıyev Zaur Tehmiraz oğlu isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 
Rayonun Mallı-şıxlı kənd sakini, 1996-cı il təvəllüdlü Məcidov Sənan Əhliman oğlu ağır bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

Milli.Az
 
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/553083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR