Ərəblər "Barsa" formasını geyinənləri həbs edəcək - ŞOK QƏRAR

Ərəblər "Barsa" formasını geyinənləri həbs edəcək   - ŞOK QƏRAR
15:57 10 İyun 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

"Qətər böhranı" gedikcə böyüyür. Fanat.Azxəbər verir ki, belə bir vaxtda Birləşmiş Ərəb Əmirlikləri şok qərar qəbul edib.


Belə ki, ölkə hökuməti "Barselona" forması geyinməyi qadağan edib. Buna səbəb Kataloniya klubuna Qətər Hava Yollarının sponsorluq etməsidi. Qərara əsasən üzərində Qətər Hava Yollarının loqosu olan "Barselona" forması geyinənlər və daşıyanlar həbs olunaraq 15 ilədək azadlıqdan məhrum ediləcək.


"La Repubblica"nın məlumatına görə, bu qədər Qətərlə bütün əlaqələrini kəsən digər 10 ölkədə də tətbiq oluna bilər. 


Qeyd edək ki, 10 ölkə "terrora dəstək verdiyi" üçün Qətərlə bütün əlaqələri kəsib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rblr-quotbarsaquot-formasn-geyinnlri-hbs-edck-t58629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR