Azərbaycana avtomobil idxalı 19% artıb

Azərbaycana avtomobil idxalı 19% artıb
16:02 10 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 2 657 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 424 ədəd və yaxud 18,99% çoxdur.
Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4 ədəd və yaxud 12,5% artaraq 36-ya, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxalı 301 ədəd və yaxud 15,5% artaraq 2 240-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 143 ədəd və 70,1% artaraq 347-yə çatıb, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 24 ədəd və ya 41% azalaraq 34-ə enib. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycana-avtomobil-idxali-19-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR