Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı
16:17 10 İyun 2017
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Ədliyyə Nazirliyinin kadr korpusunun yeni nəsil ədliyyə işçiləri ilə möhkəmləndirilməsi məqsədilə iyun ayının 10-da qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə test imtahanı keçirilib.

Milli.Az bildirir ki, Dövlət İmtahan Mərkəzi (DİM) ilə birlikdə Bakı İdman Zalında şəffaf şəraitdə keçirilmiş imtahanı aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri izləyib, həmçinin tədbirin gedişi Nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə "on-line" rejimində birbaşa yayımlanıb.

"Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları"na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.

529 namizədin iştirak etdiyi imtahanın nəticələrinə görə 248 nəfər müvəffəqiyyət qazanıb (siyahı Nazirliyin və DİM-nin (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib).

Bildiririk ki, test imtahanında uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri Nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.

Xatırladırıq ki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunla müəyyən edilmiş bütün tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir.

Əlavə informasiyanı Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 537-05-90 nömrəli telefonlar vasitəsilə almaq olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/553095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR