Tramp azərbaycanlı jurnalisti işdən qovdurdu - FOTO

Tramp azərbaycanlı jurnalisti işdən qovdurdu - FOTO
16:43 10 İyun 2017
115 Dünya
Ölkə mətbuatı
A- A+

Donald Trampı ABŞ üçün biabırçılıq adlandıran CNN-nin azərbaycanlı aparıcısı Rza Aslan işdən çıxarılıb.

Publika.az
xəbər verir ki, Tehranda doğulan, 1979-cu ildə İran inqilabından sonra ailəsi ilə birlikdə ABŞ-a köçən Azərbaycan əsilli R.Aslan Tvitter hesabında Trampı ABŞ və bütün bəşəriyyət üçün biabırçılıq adlandırıb.

“Nyu-York Times” qəzeti yazıb ki, CNN telekanalı Aslanla əməkdaşlığı dayandırmaq qərarı verib. Nəşr qeyd edib ki, bu, son doqquz gündə ikinci hadisədir. Ötən həftə telekanalın aparıcısı Keti Qriffin də Trampın əleyhinə çıxışlar etdiyi üçün CNN-dən çıxarılıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR