Daha bir ölkə səfirini Qətərdən geri çağırdı

Daha bir ölkə səfirini Qətərdən geri çağırdı
16:47 10 İyun 2017
33 Dünya
Ölkə mətbuatı
A- A+

Nigeriya hökuməti səfirini Qətərdən geri çağırdığını bəyan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nigeriya bu qərarını Qətərlə diplomatik münasibətləri dayandırmış ərəb ölkələri ilə həmrəylik olması ilə izah edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/553099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR