Şəkidə silsilə oğurluq edən şəxslər tutulub

Şəkidə silsilə oğurluq edən şəxslər tutulub
17:02 10 İyun 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəki. 10 iyun.REPORT.AZ / Şəki şəhərində silsilə oğurluq edən şəxslər tutulub.
"Report" un Şimal-qərb bürosunun məlumatına görə, şəhər sakini Şamo Qasımov Şəki Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət edərək evindən 5 000 manatdan artıq dəyəri olan məişət əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Şəki ŞRPŞ-də dərhal əməliyyat-axtarış qrupu yaradılıb. Keçirilən tədbirlər zamanı oğurluqda şübhəli bilinən şəhər sakinləri - Fərhad Fərhad oğlu Məmmədov və Ümidvar Nəriman oğlu Məmmədov tuttulub. 
İstintaq zamanı məlum olub ki, hazırda Rusiyanın Federasiyasının Moskva şəhərində yaşayan Nəzakət Ramazanovanın və Bakı şəhərində yaşayan vətəndaşların Şəkinin ayrı-ayrı ünvanlarında olan evlərindən əşyalar oğurlayıblar.
Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanılıb, oğurluq edənlərin digər əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sekide-silsile-ogurluq-eden-sexsler-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR