Yunker: "Avropa 4 ölkəni cəzalandıracaq"

Yunker: "Avropa 4 ölkəni cəzalandıracaq"
17:32 10 İyun 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

"Biz gələn həftə Macarıstan, Slovakiya, Çexiya və Polşa kimi ölkələrin miqrasiya razılaşmasına əməl edib-etməmələrini müəyyən edib, onlar haqqında qərar qəbul edəcəyik".

Milli.Az axar.az-a istinadən bildirir ki,  bunu Almaniyanın "Der Şpiqel" jurnalına müsahibəsində Avropa Komissiyasının sədri Jan Klod Yunker söyləyib.

"Miqrant qəbulu ilə bağlı razılaşmaya hər kəs əməl etməlidir. Avropa Birliyi bir yöndə hərəkətin olduğu küçə deyil. Mən bu ölkələrin cəzalandırılması üçün çıxış edəcəyəm", - deyə o bildirib.

Qeyd edək ki, Macarıstan, Slovakiya, Çexiya və Polşa Yaxın Şərqdən və Afrikadan olan qaçqınların qəbulundan rəsmən imtina edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/553070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR