İngiltərə ŞOKDA: Bir-bir istefa edirlər

İngiltərə ŞOKDA: Bir-bir istefa edirlər
17:48 10 İyun 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərədə növbədənkənar parlament seçkilərindən sonra baş nazir Teresa Meyin baş müşaviri Nik Timozi istefa edib.

Publika.az
xəbər verir ki, Tomizidən sonra Meyin digər müşaviri Fiona Hill də istefa verib.

Qeyd edək ki, İngiltərədə keçirilən növbədənkənar seçkilərdə baş nazir Teresa Mey istədiyi nəticəni əldə edə bilməyib. Belə ki, hakimiyyətini daha da gücləndirmək üçün keçirdiyi seçkilərdə baş nazirin partiyası qalib gəlsə də, parlamentdəki çoxluğunu itirib. Beləliklə, yeni hökumət üçün koalisiyaya ehtiyac var.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR