Ofisdə biznesmenin çantasından xeyli pul oğurlandı - BAKIDA

Ofisdə biznesmenin çantasından xeyli pul oğurlandı - BAKIDA
17:54 10 İyun 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda oğurluq hadisəsinin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 15-də Bakı şəhər sakini Etibar İsgəndərov Yasamal RPİ 26-cı PB-yə müraciət edib rayon ərazisində yerləşən ofisində, ona məxsus çantadan 3160 manat və 700 ABŞ dolları pul oğurlanmasını bildirib.

Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sənan Rüstəmov tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR