Güclü dolu qərb bölgəsində kənd təsərrüfatına ciddi ziyan vurub

Güclü dolu qərb bölgəsində kənd təsərrüfatına ciddi ziyan vurub
17:57 10 İyun 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazax. 10 iyun. REPORT.AZ/ Güclü dolu qərb bölgəsində kənd təsərrüfatına ciddi ziyan vurub.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, Qazax şəhəri və ətraf kəndlər - Xanlıqlar, Çaylı, Ühməzli və Daş Salahlı kəndlərinə güclü dolu yağıb. Kənd təsərrüfatına və meyvə ağaclarına ziyan vuran dolu daha sonra leysan yağışa çevrilib. 
Güclü dolu Ağstafa rayonunun Eynallı və Köçəsgər kəndlərində də fərdi təsərrüfatlara, meyvə ağaclarına, bağçılığa və əkin sahələrinə ciddi ziyan vurub. 
Hazırda hər iki rayona dəyən ziyanla bağlı hesablamalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/guculu-dolu-qerb-bolgesinde-kend-teserrufatina-ciddi-ziyan-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR