Azərbaycan Prezidenti Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisinə 4,8 milyon manat ayırıb

Azərbaycan Prezidenti Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisinə 4,8 milyon manat ayırıb
18:17 10 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa rayonunun Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamda bildirilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon (dörd milyon səkkiz yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-prezidenti-agstafa-kocesger-avtomobil-yolunun-tikintisine-4-8-milyon-manat-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR