Prezident İlham Əliyev Filippin Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Filippin Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
18:17 10 İyun 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Filippin Respublikasının Prezidenti Rodriqo Duterteni Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Filippin arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə daim inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına sülh və rifah arzulayıram.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/prezident-i-lham-eliyev-filippin-prezidentini-musteqillik-gunu-munasibetile-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR