Tovuza dolu yağdı

Tovuza dolu yağdı
18:38 10 İyun 2017
166 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün saat 16 radələrində Tovuz rayonunun bir neçə kəndinə güclü dolu yağıb.

Publika.az xəbər verir ki, dolu əsasən Düz Cırdaxan, Cəlilli və Kür çayı sahilində yerləşən bir neçə kənddə müşahidə olunub.

Kəndlərin sakinləri bildiriblər ki, təxminən 7 dəqiqə yağan dolunun diametri 10 sm-dən böyük olub. Əkin sahələrinə, meyvə ağaclarına, həmçinin yaşayış evlərinin dam örtüklərinə ciddi ziyan dəyib. Düz Cırdaxan kəndinin icra nümayəndəsi Akif Mehdiyevin bildirdiyinə görə, vəziyyətlə bağlı bütün aidiyyatı qurumlara xəbər verilib.

Hazırda rayon Fövqəladə Hallar Komissiyasının üzvləri kəndlərə dəymiş ziyanı müəyyənləşdirirlər.

Məlumata görə, Qazax rayonunun da bir sıra kəndlərinə dolu yağıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/202103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR