Somalidə "Əş-Şabab" terrorçularının hücumu nəticəsində 59 nəfər öldürülüb

Somalidə "Əş-Şabab" terrorçularının hücumu nəticəsində 59 nəfər öldürülüb
18:57 10 İyun 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 iyun. REPORT.AZ/ "Əş-Şabab" terror qruplaşmasının Somalinin şimal-qərbindəki Af Urur şəhərinə hücumu nəticəsində 59 nəfər öldürülüb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" hərbçilərə istinadən xəbər verib.
Ölkənin hərbi qüvvələrinin nümayəndələrinin sözlərinə görə, hücum zamanı 40-a yaxın şəxs xəsarət alıb. "Biz 59 nəfərin, o cümlədən 6 qadının öldürüldüyünü təsdiqləyirik. 38 nəfər xəsarət alıb" – deyə mayor Məhəmməd Abdi bildirib.
Qeyd edək ki, ilkin məlumatda 38 nəfərin öldürüldüyü, 18 nəfərin xəsarət aldığı bildirilirdi. Terrorçular isə 60-dan çox Somali hərbçisinin öldürdüklərini bildiriblər. Somalinin hərbi qüvvələri sonradan şəhərə nəzarəti ələ alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/somalide-es-sabab-terrorcularinin-hucumu-neticesinde-59-nefer-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR