Avtomobil idxalında sıçrayış - FOTO

Avtomobil idxalında sıçrayış - FOTO
19:12 10 İyun 2017
Ölkə mətbuatı
A- A+

2017-ci ilin Yanvar-May aylarında Azərbaycana 2 657 ədəd avtomobil (nəqliyyat vasitəsi) gətirilib.
 
Milli.Az marja.az-a istinadən bildirir ki, yanvar-may aylarında 36 ədəd avtobus, 2240 ədəd minik avtomobili, 347 ədəd yük avtomobili, 34 ədəd xüsusi təyinatlı avtomobil idxal olunub.
 
Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin Yanvar- May aylarında Azərbaycana 2 233 ədəd avtomobil, o cümlədən 1939 ədəd minik avtomobili, 204 ədəd yük avtomobili, 32 ədəd avtobus, 58 ədəd xüsusi texnika idxal olunmuşdu.
 
Beləliklə, ötən ilin ilk 5 ayı ilə müqayisədə bu ilin anoloji dövründə cəmi nəqliyyat vasitələrinin idxalı 454 ədəd və ya 19%, minik avtomobillərinin idxalı isə 306 ədəd və ya 15,8%, yük avtomobillərinin idxalı isə 143 ədəd və ya 70% artıb artıb.
 
Mayda 714 ədəd cəmi nəqliyyat vasitələri, o cümlədən 620 ədəd minik avtomobilləri, 79 ədəd yük avtomobilləri, 10 ədəd avtobus, 5 ədəd xüsusi texnika idxal olunub.
 
Qeyd edək ki, Apreldə 512 ədəd cəmi nəqliyyat vasitələri, o cümlədən 435 ədəd minik avtomobilləri, 73 ədəd yük avtomobilləri, 1 ədəd avtobus, 3 ədəd xüsusi texnika  idxal olunmuşdu. Beləliklə, aylıq müqayisədə avtomobil idxalı 202 ədəd və ya 39,4% artıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/553115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR