Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb  - YENİLƏNİB
19:22 10 İyun 2017
178 Ölkə
Ölkə mətbuatı
A- A+

19:21

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın iki mağazanı əhatə edib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.
 
Əlavə məlumat veriləcək.

19:19

Bakıdakı "Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda "Sədərək" Ticarət Mərkəzində yanğın hadisəsi baş verməsi haqqında məlumat daxil olub. Dərhal nazirliyin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Əlavə məlumat veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/553121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR