"Evlənəndə arvadımın iki uşağı var idi" - FOTO

"Evlənəndə arvadımın iki uşağı var idi" - FOTO
19:32 10 İyun 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

"Fənərbaxça" və Türkiyə millisinin sabiq üzvü Serhat Akın maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Milli.Az fanat.az-a istinadən bildirir ki, "Survivor"da iştirak edən veteran futbolçu daim mətbuatdan gizlətdiyi həyat yoldaşı Eileen Akınla bağlı etiraflar edib.

Serhat "Həyat yoldaşımla tanış olanda onun iki uşağı var idi. Artıq 11 ildir evliyik. Çox çətin həyatımız olub. Tanış olanda onun iki yaşında fiziki qüsurlu oğlu var idi. İndi 13 yaşındadı. Qızı isə artıq 20 yaşındadı. Onları bərabər böyütdük, çəkdiyimiz əziyyəti kimsə bilmədi" deyib.

Veteran futbolçu ailəsindən dəstək gördüyünü bildirib: "Həyat yoldaşımı ailəmlə tanış etməyə çəkinirdim. Allah razı olsun, ailəm həyat yoldaşıma sahib çıxdı".

Veteran futbolçu "Konyaspor"a transfer olunanda həyat yoldaşının da İslam dinini qəbul etdiyini söyləyib: "Xanımım mən "Konyaspor"a transfer olunanda dinini dəyişdi. Onun bu qərarı məni çox xoşbəxt etdi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/553122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR