Şəkidə silsilə oğurluq edən şəxslər tutuldu

Şəkidə silsilə oğurluq edən şəxslər tutuldu
19:38 10 İyun 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəki şəhərində silsilə oğurluq edən şəxslər tutulub.

Publika.az xəbər verir ki, şəhər sakini Şamo Qasımov Şəki Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət edərək evindən 5000 manatdan artıq dəyəri olan məişət əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

Şəki ŞRPŞ-də dərhal əməliyyat-axtarış qrupu yaradılıb. Keçirilən tədbirlər zamanı oğurluqda şübhəli bilinən şəhər sakinləri - Fərhad Fərhad oğlu Məmmədov və Ümidvar Nəriman oğlu Məmmədov tutulub.

İstintaq zamanı məlum olub ki, onlar hazırda Rusiyanın Moskva şəhərində yaşayan Nəzakət Ramazanovanın və Bakı şəhərində yaşayan vətəndaşların Şəkinin ayrı-ayrı ünvanlarında olan evlərindən də əşyalar oğurlayıblar.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanılıb, oğurluq edənlərin digər əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/202109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR