Pomidor istixanasında narkotik əkibmiş - VİDEO

Pomidor istixanasında narkotik əkibmiş - VİDEO
19:47 10 İyun 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Pomidor istixanasında şitillərin arasında həm də çətənə kolu əkib-becərib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Xəzər rayon polis idarəsinə bu barədə məlumat daxil olub.
Asif Dəniziyev Hövsanda Südçülük sovxozu kimi tanınan ərazidə narkotik tərkibli bitki əkib.
Gecə əməliyyata başlayan polis 46 yaşlı şübhəlini yaşadığı evdə saxlayıb. Onun həyətindəki pomidor istixanasına baxış keçirilərkən şitillərin arasından xeyli çətənə kolu aşkar edilib.
Kultivasiya yolu ilə əkilmiş və xüsusi qulluq göstərilən kollar hadisə şahidlərinin iştirakı ilə çıxarılıb. Satışla məşğul olmadığını deyən Asif Dənziyev kolları öz istifadəsi üçün əkdiyini etiraf edib.
Saxlanılan şəxs əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşayıb. Bu faktla bağlı da cinayət işi başlanıb, istintaq davam edir.
Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının isə xeyli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb. Kəpəz rayonu ərazisində şəhər sakini 31 yaşlı Arzu Qasımov 9 kiloqrama yaxın qurudulmuş marixuananı 4 min manata şərti alıcıya satarkən saxlanılıb.
Polis tərəfindən dindirilən Arzu Qasımov narkotik vasitəni Tovuz rayonundan satış məqsədi ilə gətirdiyini etiraf edib və əməlindən peşman olduğunu deyib.
Əvvəllər bir dəfə məhkumluq həyatı yaşayan Arzu Qasımov barəsində artıq həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/553129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR