5 min manat təklif edilir, amma satmır - VİDEO

5 min manat təklif edilir, amma satmır - VİDEO
19:57 10 İyun 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir sakini 73 il öncə istehsal edilən patefonu hələ də saxlayır. Saz vəziyyətdə olan qurğunu istənilən məkanda işə salıb, musiqi dinləmək mümkündür.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  nə elektirikə qoşulur, nə də batareyaları var. Təbiətdə, evdə, bir sözlə istənilən məkanda işə salıb, musiqi dinləmək mümkündür.
Görünüşü böyük olmasa da illər öncə istehsal edilən valları dilləndirir.
Mingəçevir sakini Zaur Qəniyev maraqlı qurğunun ona babasından yadigar qaldığını deyir. Şəhər sakini patefonu işə salmaq üçün üzərində olan kiçik hissəni müəyyən qədər firladır. Bu zaman qədim qurğunun iynəsi valın oxumasına şərait yaradır.
Mingəçevir sakini patefona gənclərin daha çox maraq göstərdiyini deyir. Dostlarla təbiət qoynunda dincələn zaman korifey sənətkarların musiqlərini dinləmək isə xüsusi zövq verir. Zaur Qəniyev yadigar olan əşyaya 5 min manat təklif edənlərin, hətta onu digər qiymətli vasitələrlə dəyişmək istəyənlərin də olduğunu deyir. Amma o, 73 yaşlı patifonu etibar edə biləcək adam hələ tapmadığı üçün onu satmır.
Rusiyada istehsal edilən patefonla yanaşı Zaur Qəniyev 70-80 il öncə yazılan həm yerli, həm xarici müğənillərin ifaları olan valları da toplayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/553132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR