Hazırda respublika çaylarında sululuğun səviyyəsi sabitdir

Hazırda respublika çaylarında sululuğun səviyyəsi sabitdir
21:03 10 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprel-iyun aylarında çaylarda gursululuq dövrü başlayır. Dağlardakı qar əriyir, intensiv yağışlar yağır. Çayların sululuğunu müəyyən etmək üçün mart ayında qarölçmə işləri aparılır. Bundan əlavə, Ümumdünya Meteorologiya Təşkilatından havanın temperaturu, yağıntının miqdarı ilə bağlı fəsillik məlumatlar əldə edilir. Ümumi təhlillərdən sonra proqnoz hazırlanır. Cari ildə Böyük və Kiçik Qafqaz çaylarında sululuğun normaya yaxın və normadan bir qədər az, bəzən isə normadan yuxarı, Lənkəran-Astara və Naxçıvan MR çaylarında, eyni zamanda tranzit çaylarda isə normadan az olması gözlənilir. Kür, Araz, Qanıx kimi tranzit çaylarda sululuq əvvəlki illərə nisbətən normadan aşağıdır. Kür çayında 2010-cu ildən etibarən sululuğun səviyyəsi sabitdir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məxsusi müsahibəsində məlumat verib.

Hazırda respublika çaylarında sabit sululuq müşahidə olunur. Lakin yağan intensiv yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın dağ çaylarında qısamüddətli daşqınlar olub. Əsasən də Böyük Qafqaz regionuna aid olan Pirsaatçay, Göyçay, Dəmiraparançayda may ayında daşqınlar müşahidə edilib. Leysan yağışları davam edəcəyi halda daşqınların olması labüddür.

İyul-avqust aylarında isə çaylarda quraqlıq dövrü başlayır. Yağış yağmaması və isti hava şəraitində çayların suyu xeyli azalır və ya quruyur. Lakin lokal leysan yağışlarının yağması selə səbəb olur. Nümunə olaraq ötən ilin iyul ayında Kiş və Şin çaylarında baş verən selləri misal çəkmək olar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/202115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR