Üzüm yarpağı yığarkən dəmir parçası qarnına batdı

Üzüm yarpağı yığarkən dəmir parçası qarnına batdı
21:09 10 İyun 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkirdə qadın ağır xəsarət alıb. APA-nın qərb bürosunun xəbərinə görə, Şəmkir rayonunun Çinarlı kənd sakini 1992-ci il təvəllüdlü Nəbiyeva İlahə qarının ön divarının kəsilmiş yarası xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Yaxınlarının deməsinə görə, Nəbiyeva üzüm yarpağı yığarkən hündürlükdən yıxılıb və yerdəki  dəmir parçası onun qarın nahiyəsinə batıb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR