Millinin 221-ci futbolçusu

Millinin 221-ci futbolçusu
21:42 10 İyun 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsinin Şimali İrlandiya ilə oyunu millimizin heyətində daha bir debütlə əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, start heyətində meydana çıxan Riçard Almeyda üçün Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma yığmada ilk oyun olub.
 
O, Qətərlə yoldaşlıq oyununda debüt edən Mahir Mədətovun ardından millinin tarixinə düşüb. İlk rəsmi matçını 1992-ci ildə keçirən Azərbaycan millisinin 25 illik tarixindəki 229 matçda 220 futbolçu meydana çıxmışdı.
 
220-ci olan Mahirin ardından Almeyda 221-ciliyə sahib çıxıb. "Qarabağ"da çıxış edən braziliyalı iki dəfə milliyə çağrılsa da, sənədləşmə proseduru səbəbindən ilk dəfə şans qazanıb.
 
Qeyd edək ki, ilk hissəsi başa çatan oyunda 0:0 hesablı bərabərlik var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/553147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR