Nə çox faydaları varmış…

Nə çox faydaları varmış…
21:52 10 İyun 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəziləri soğanı sevmir, halbuki onun faydaları düşündüyümüzdən çoxdur.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, soğanın tərkibində olan faydalı fermentlər və amin turşuları insanı bir çox xəstəliklərdən qoruyur.

Soğan immuniteti gücləndirməklə, orqanizmin müqavimətini artırır.

Sidikqovucu olan soğan bədəndə yığılan zərərli maddələri və suyu xaric edir. Revmatizm, oynaq iltihabı, sidik tündləşməsi, damar sərtliyinə xeyirlidir.

Soğanın faydaları bunlarla da bitmir. Soğan:

- böyrəklərdəki qum və daşların tökülməsinə kömək edir, ağrılarını sakitləşdirir. Artıq çəkiyə və huşsuzluğa, vərəmə qarşı təsirlidir. Dəri xəstəliklərində faydalıdır. Öskürəyi yumşaldır, bronxları təmizləyir. Astma, ağciyər xəstəlikləri, qripə faydalıdır. Qandakı şəkər səviyyəsini salır.

Qocalmanı gecikdirir, iştahı açır ürəyi qüvvətləndirir. Koronar damarları genişləndirməyə kömək edir. Həzmi asanlaşdırır, bağırsağı təmizləyir, bədəndəki yaraların sağalmasını sürətləndirir, ürəyin funksiyasını gücləndirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/553150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR