Çində leysan yağışları: 6 nəfər öldü

Çində leysan yağışları: 6 nəfər öldü
22:42 10 İyun 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Çində üç gündür davam edən leysan yağışları 6 nəfərin ölümünə, 3 nəfərin itkin düşməsinə səbəb olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Xubey vilayətində fırtına ilə müşayiət olunan güclü yağışlar nəticəsində sel və torpaq sürüşmələri meydana gəlib, 171 ev dağılıb, 649 nəfər təxliyə edilib.

Çunçin bələdiyyəsində 1300 nəfər evlərin dağılmasına görə təxliyə olunub.

Ciansu vilayətinin inzibati mərkəzi olan Nankin şəhərində 245 millimetr yağış yağıb ki, bu da son 66 ilin rekord göstəricisidir. Şiddətli yağışlara görə şəhər aeroportundan 120 uçuş təxirə salınıb. Şəhərdə ən yüksək səviyyədə xəbərdarlıq elan edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/553157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR