Ziyillərdən xilas olmaq üçün 5 effektiv təbii müalicə

Ziyillərdən xilas olmaq üçün 5 effektiv təbii müalicə
22:42 10 İyun 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Ziyillər dəridə əmələ gələn xoşxassəli şişlərdir və onların əmələ gəlməsində virusların rolu böyükdür.
Ziyilləri əmələ gətirən viruslar insandan insana kontakt vasitəsilə keçir. Ziyillərə toxunmaqa, xəstənin darağından istifadə etməklə bu xəstəliyə yoluxmaq mümkündür. Ziyillərin əmələ gəlməsində həddindən çox tərləmənin, yüngül dəri zədələnmələrinin, psixi yüklənmələrin də rolu olduğu söylənilir. Xəstəlik 4-5 ay gizli sürür və sonra əlamətlərini biruzə verir.
Ziyillərin bir-neçə növləri var (sadə, vulqar, kondiloma, gənclik ziyilləri və s.). Onlardan dermatoloqların köməyi ilə xilas olmaq mümkündür. Milli.Az immunitet.az-a istinadən bildirir ki, dermatoloqlar əməliyyat vasitəsilə ziyilləri kəsib götürürlər. Bu əməliyyat ağrısız və asan əməliyyatlardan sayılır.
Bəzi xalq təbabəti vasitələri ilə də ziyillərdən xilas olmaq mümkündür.
1-ci resept
Soğanı sirkədə 2 saat saxlayın və ziyilin üstünə qoyub bağlayın, sarğı gecə boyu qalsın. Bu üsulu bir-neçə dəfə tətbiq eləsəniz ziyildən xilas ola bilərsiniz.
2-ci resept
10 gün ziyili təzə alma sirkəsi ilə silin. 10 gün sonra ziyyillərdən xilas olduğunuzu görəcəksiniz.
3-cü resept
Kalanxoe yarpağını ziyilin üstünə qoyub bağlanır və bir gün ərzində sarğı açılmır. Hər gün təkrarlanarsa, 1 həftə sonra ziyil itir.
4-cü resept
Gündə 2 dəfə aloe şirəsini, dəmrovotu şirəsini, ananası ziyilə sürtməklə onldan xilas olmaq mümkün olur.
5-ci resept
Qaraqaytaran toxumunu donuz yağı ilə qarışdırıb ziyillərin üstünə sürtməklə onlardan xilas olmaq mümkün olur. Bu zaman məlhəm ziyilə sürtülür və üstü bintlə bağlanır. Sarğı 3 gündən sonra açılır. Sarğı açıldıqdan 7 gün sonra ziyillər qopub düşür

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/552486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR