Şimali İrlandiyalı hücumçu "Qarabağ" variantına münasibət bildirib

Şimali İrlandiyalı hücumçu "Qarabağ" variantına münasibət bildirib
22:47 10 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 iyun. REPORT.AZ/ Şimali İrlandiya milli komandasının futbolçusu Kayl Lafferti "Qarabağ"a keçəcəyi barədə xəbərlərə münasibət bildirib. "Report"un məlumatına görə, 30 yaşlı hücumçu Ağdam təmsilçisindən təklif almadığını açıqlayıb.
O deyib ki, belə bir təklif olsa, dəyərləndirməyə hazırdır: "Bakı çox xoşuma gəldi. Burada oynamağa hazıram. Amma mənə konkret təklif gəlməyib. Gəlsə, "yox" demərəm".
Qeyd edək ki, Kayl Lafferti İngiltərə "Norviç"indən ayrıldıqdan sonra klubsuzdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/simali-i-rlandiyali-hucumcu-qarabag-variantina-munasibet-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR